Vətəndaş məktubundan: “Cənab Prezident, Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi xalqımızın arzularını yerinə yetirdiniz”
Kəmalə Süleymanovadan,
Çox hörmətli cənab Prezident.
Mən, Qazax rayonunun Ermənistanla həmsərhəd olan Kəmərli kəndində yaşayıram. Səhhətimlə əlaqədar işləmirəm. Ailə vəziyyətimlə əlaqədar müraciətlərim əsasında mənə lazımi kömək göstərilmişdir.
Hörmətli cənab Prezident, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar zəfər seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi xalqımızın arzularını yerinə yetirdiniz. Qalib ölkənin vətəndaşı olmağımla fəxr edir, qürur duyuram. Həyata keçirdiyiniz müstəsna xidmətlərinizlə adınızı əbədi olaraq tarixə qızıl hərflərlə yazdırdınız. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqımıza sonsuz sevinc və qürur hissi bəxş etmişdir. Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz qayğı və onların problemlərini daim diqqət mərkəzində saxlamağınız təqdirəlayiqdir.
Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Kəmalə Süleymanova.
Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi.
22 aprel 2024-cü il
Facebook-da paylaş