Qazax GİKM-də Milli Mətbuat Günü qeyd olunub
Bu gün
Milli Mətbuat Günü ilə əlaqədar Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Gənclər Mərkəzində jurnalistlərlə görüş keçirilib.
Tədbirdə regionda fəaliyyət göstərən "Göyəzən.Az",
"BölgəninSəsi.Org", "MediaXəbərləri.Az" saytlarının
əməkdaşları, eləcə də "Sputnik Azərbaycan"ın bölgə müxbiri,
"Gənc könüllü”lər, Qazax
rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər. Mərkəzin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik
edib. Dövlət tərəfindən mətbuat sahəsinə göstərilən diqqət və qayğıdan danışan
İ.Süleymanov Azərbaycan
Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması
haqqında Respublika Prezidenti İlham Əliyevin bu gün imzaladığı 22
iyul 2019-cu il Sərəncamı bu istiqamətdə atılan uğurlu addımların əyani sübutu kimi qiymətləndirib. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında
ətraflı məlumat verərək gələcəkdə
media qurumları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. "MediaXəbərləri.Az"
saytının baş redaktoru Ələddin Qarayev çıxış edərək KİV nümayəndələrinə göstərilən diqqət və qayğıya görə həmkarları adından ölkə başçısına minnətdarlığını
bildirib. Bugünkü tədbirin təşkilinə görə mərkəzin kollektivinə təşəkkürünü çatdırıb. Tədbirin
sonunda mərkəzin fəaliyyətinə göstərdikləri media dəstəyinə görə
"Göyəzən.Az" və "BölgəninSəsi.Org" saytları Təşəkkürnamə ilə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş