Vətəndaş məktubundan: “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və paytaxtımızda abidəsinin ucaldılması təkcə ölkəmiz üçün deyil, bütün türk dünyasında əlamətdar bir gün kimi qarşılanacaq”
Allahverdi Allahverdiyevdən, Möhtərəm
cənab Prezident, Müzəffər Ali Baş Komandan! Xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və
şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman diqqət mərkəzində
olub. Bununla yanaşı, Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz
töhfələr bəxş edən ustad sənətkar Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan
ədəbiyyatının parlaq səhifələrini təşkil etməkdədir. Cənab Prezident, Sizin bu görkəmli el sənətkarına
verdiyiniz yüksək dəyər heç bir zaman unudulmayacaq. Aşıq Ələsgərin 200 illik
yubileyinin qeyd edilməsi və paytaxtımızda abidəsinin ucaldılması təkcə ölkəmiz
üçün deyil, bütün türk dünyasında əlamətdar bir gün kimi qarşılanacaq. Aşıq sənətinə və mədəniyyətinə verdiyiniz bu böyük
töhfə ələsgərsevərləri sonsuz sevincə qərq etmiş, bu sahənin inkişafında geniş
imkanlara yol açmışdır. Bütün bunlara görə Sizə sonsuz təşəkkür edir və
minnətdarlıqlarımızı çatdırırıq. Hörmətlə, Allahverdiyev Allahverdi Aydın oğlu Azərbaycan
Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi. 14 dekabr
2021-ci il
Facebook-da paylaş