• Təqvim

  • Maraq



Qazaxda aşıq sənətinə və aşıqlarımıza verilən qiymət həmişə yüksək səviyyədə olub


Bu gün böyük tikinti meydançasını xatırladan Qazax rayonunda digər sahələrlə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz, söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, onların xatirəsinə ucaldılmış abidə və büstlərinin yenidən bərpa olunması bunun bariz nümunəsidir. Bu yaxınlarda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun möhtəşəm qəbirüstü abidəsinin qoyulması və ildönümünün yüksək səviyyədə qeyd olunması bunu bir daha əyani şəkildə sübut etdi.

Ötən yazılarımızda isə icra başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Azərbaycanın ustad aşıqlarından Aşıq Ələsgərin şəhərin mərkəzində yerləşən büstünün yenilənməsi, Aşıq Şəmşirin isə yeni büstünün qoyulması və ətrafının abadlaşdırılması barədə məlumat vermişdik. Artıq bir neçə müddətdir ki, bu istiqamətdə məqsədyönlü işlərin görülməsinə başlanılıb.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov büstlərin qoyulacağı yerdə görülməsi nəzərdə tutulan işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Şəhər sakinləri hər zaman saz, söz sənətinin beşiyi sayılan Qazaxda Aşıq Ələsgərin və Şəmşirin büstlərinin qoyulmasını və ətrafının abadlaşdırılmasını həm aşıq sevərlərə, həm də rayonumuzun gözəlliyinə əsl töhfə olacağını qeyd ediblər. Respublikamızda aşıq sənətinə və aşıqlarımıza verilən yüksək qiymət və dəyərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazaxda rayon rəhbərinin aşıqlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işləri mədəniyyətin aparıcı qollarından olan aşıq sənətinə verilən ən yüksək qiymət kimi dəyərləndiriblər. Buna görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.




GOYEZEN.AZ

 



Facebook-da paylaş