• Təqvim

  • Maraq



Qazaxda aşıq sənətinə hər zaman yüksək qiymət verilib

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən diqqət və qayğı göstərdiyi sahələrdən biri də mədəniyyət sahəsidir. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması bunun bariz nümunəsidir. Qazaxda mədəniyyətin aparıcı qollarından birini təşkil edən aşıq sənətinə də hər zaman yüksək qiymət verilib.

Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca lentə alınmış, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş ustad Aşıq Ədalət Nəsibovla vida mərasiminin yüksək səviyyədə təşkil olunması aşıq sənətinə verilən ən böyük dəyər idi.

Qarşıdan ildönümü yaxınlaşan ustad Aşığın uyuduğuAğköynək kənd qəbiristanlığında möhtəşəm abidəsinin qoyulması da ona olan sonsuz hörmət və ehtiramın bariz nümunəsidir.

Bu gün icra başçısı Rəcəb Babaşovun Azərbaycanın daha bir ustad aşığının şəhərin mərkəzində yerləşən büstünün yenilənməsi və ətrafının abadlaşdırılması barədə xüsusi tapşırıq verməsi də rayon rəhbərinin ozan sənətinə olan sonsuz rəğbətinin əyani göstəricisidir.

Azərbaycan xalq şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən, aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş Aşıq Ələsgərin yaradıcılığına verilən qiymət də həmişə yüksək səviyyədə olub. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmiş sənətkarlardan olan aşığın büstünün yenilənməsi həm aşıq sevərlərə, həm də rayonumuzun gözəlliyinə əsl töhfə olacaqdır. Ən əsası isə aşıq sənətinə və aşıqlarımıza verilən ən yüksək qiymət olacaq.  



GOYEZEN.AZ



Facebook-da paylaş