• Təqvim

  • Unutma

  • Maraq



Aşıq Ədalətin 40 mərasimi keçirilib

Aşıq Ədalətin 40 mərasimi keçirilib
“Qazax” Xeyriyyə İctimai Birliyindən GOYEZEN.AZ saytına verilən məlumata görə “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi və iştirakçılığı ilə 22 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “Tural” Mərasim evində ustad aşıq Dədə Ədalətin 40 mərasimi keçirilib.

Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkilləri Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, akademik Teymur Bünyadzadə, akademik Nizami Cəfərov və respublikanın tanınmış ictimai-siyasi, elm, təhsil xadimləri, şair və yazıçılar, aşıq sənətinin tanınmış ifaçıları və müxtəlif peşə sahibləri, bir sözlə ölkənin hər yerindən Ədalətsevərlər ustad sənətkara hörmət və ehtiramlarını bildirmək üçün məclisə gəlibər.

İlk olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin ustad Aşıq Ədalətə həsr etdiyi “Dəli Kür” qəzetinin 36 səhifəlik xüsusi buraxılışı mərasim iştirakçılarına paylanılıb. Sonra ustad aşığın ruhuna “Quran-Kərim”dən surələr oxunub.

Ehsanat süfrəsindən sonra Çiçək Mahmudqızının ssenarisi ilə hazırlanmış “Dədə Ədalət ruhunun işığında” adlı filmin nümayişi olub. Filmdə ustad Ədalətin ifasında saz ifaları, onun haqqında tanınmış ictimai-siyasi xadimlərin dediyi sözlər səsləndirilib. Daha sonra professor Buludxan Xəlilov, Məti Osmanoğlu Aşıq Ədalət haqqında elmi çıxışlar ediblər. Aşıq Ədalət işığından nurlanan tanınmış aşıq sənətkarların ifasında şeirlər səsləndirilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabrı 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.


Aşıq Ədalətin 40 mərasimi keçirilib


Facebook-da paylaş