• Təqvim

  • Maraq



“Qazax Cəmiyyəti”nin rəhbərliyində dəyişikliklər olub

“Qazax Cəmiyyəti”nin rəhbərliyində dəyişikliklər olub
“Qazax Cəmiyyəti” İctimai Birliyi (Qazax Xeyriyyə Cəmiyyəti) İdarə Heyətinin toplantısı keçirilib.

Tədbirdə Cəmiyyətin sədri Vidadi Bayramovun hesabat nitqi dinlənilib. V.Bayramov Birliyin rəhbərliyindən istefa vermək üçün İdarə Heyətinə müraciət edib və onun müraciəti qəbul olunub.

Yeni rəhbərliyə texnika elmləri doktoru, professor İlham Pirməmmədovun namizədliyi irəli sürülüb və səsvermədə yekdilliklə İ.Pirməmmədov “Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri seçilib.

Sonra sədr müavinlərinin namizədlikləri irəli sürülüb. Qazaxlı iş adamları Arzuman Abdulkərimov və Puşkin Əhmədov “Qazax Cəmiyyəti” İctimai Birliyinin sədr müavinləri seçilib.

Qeyd edək ki, “Qazax Cəmiyyəti” İctimai Birliyi 1991-ci ildə “Qazax Xeyriyyə Cəmiyyəti” adı ilə yaradılmışdır.
Cəmiyyətin yaradılmasında İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Teymur Bünyadov, Nəriman Həsənzadə, Taleh Həmid, Nəbi Yaqubov, Aslan Kəmərli kimi nüfuzlu şəxsiyyətlərin böyük rolu olmuşdur.

Cəmiyyət yarandığı gündən cəbhədə qazaxlıların arasında olmuşdur. Cəmiyyət daim dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilmişdir.


Facebook-da paylaş