Məleykə Abbaszadə Qazaxda vətəndaşları qəbul edib
21 Oktyabr 2016. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 21-də Qazaxda vətəndaş qəbulu keçirib.
Şahmat Mərkəzində keçirilən qəbulda Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak ediblər.
Görüşdə əsasən tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbulla bağlı müraciətlər olunub.
Qəbula gələn vətəndaşlar Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri tərəfindən diqqətlə dinlənilib.
Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib.
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

GÖYƏZƏN.AZ
Facebook-da paylaş