• Təqvim

  • Maraq



Qazaxda daha bir ustad Aşığın büstünün yenidən qurulmasına başlanılıb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu  ilk gündən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, onların xatirəsinə ucaldılmış abidə və büstlərinin yenidən bərpa olunması da bunun əyani sübutudur.

Bu günlərdə isə icra başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Azərbaycanın daha bir ustad Aşığının şəhərin mərkəzində yerləşən büstünün yenilənməsi və ətrafının abadlaşdırılmasına başlanılıb. Rayon rəhbərinin bu barədə göstəriş verməsi Qazaxda mədəniyyətin aparıcı qollarından olan Aşıq sənətinə hər zaman yüksək qiymət verildiyinin bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov büstün ətrafında görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Şəhər sakinləri şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən, saz-söz sənətinin, zamanın ucalıq zirvəsinə qalxmış, bir sıra el şairlərinin yaradıcılığına qüvvətli təsir göstərmiş Aşıq Ələsgərin büstünün yenilənməsi və ətrafının abadlaşdırılmasınıhəm aşıq sevərlərə, həm də rayonumuzun gözəlliyinə əsl töhfə olduğunu bildiriblər. Eyni zamanda, respublikamızda Aşıq sənətinə və Aşıqlarımıza verilən yüksək qiymət və dəyərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Respublika Prezidentinin mədəniyyətin inkişafı istiqamətindəki məqsədyönlü işləri Qazax rayonunda olduğu kimi, həyata keçirməsinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.




GOYEZEN.AZ

 



Facebook-da paylaş