• Təqvim

  • Maraq



Qazaxda Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda şeir müsabiqəsi keçirilib


Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, öz yaradıcılığı ilə təkcə folklor ədəbiyyatımızın deyil, ümumən ədəbiyyatımızın bəlli qatını yaratmış, nəinki Cənubi Qafqazda, həmçinin Şərqi Anadolu, Orta Asiya, İranda kifayət qədər məşhur olan Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur.

Ustad aşığın Azərbaycan ədəbiyyatında və Azərbaycan insanının mənəvi həyatında oynadığı mühüm rol Prezident İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamında bir daha xatırlanır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı Respublika Prezidentinin imzaladığı müvafiq Sərəncamdan irəli vəzifələr icra olunur.

Noyabrın 26-da Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən də Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda şeir müsabiqəsi keçirilib.

 

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova keçirilən müsabiqənin əhəmiyyətindən danışaraq qeyd edib ki, əsas məqsəd ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin yaradıcılığındakı zəngin poetik irsi gənc nəslə çatdırmaq və sənətkarın 200 illik yubileyini qeyd etməkdir. Saz-söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açan Mərkəzin direktoru onun yaradıcılığının gələcək nəsillər, xüsusilə də gənc aşıqlar üçün örnək olduğunu qeyd edib. G.Rəhimova xalqımız və onun milli dəyərlərinin formalaşmasında rol oynamış insanlar və tarixi hadisələrə dövlət səviyyəsində verilən qiymətdən danışaraq həmin dəyərin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu və bu gün ölkə Prezidenti tərəfindən də davam etdirildiyini bildirib. Ölkə Prezidentinin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı bunun bariz nümunəsi kimi qeyd edib.


Sonra söz dərnək üzvlərinə verilib. Onların ifasında şeirlər, saz havaları, musiqi nömrələri təqdim olunub.

Dərnək üzvlərindən Vəliyev Sarif Anar oğlu I yerə, Pirməmmədova Nərmin Vüqar qızı II yerə, rəhbəri Gövhər Mustafayevanın olduğu bədii qiraət dərnəyinin üzvləri İsmayılova Təhminə İslam qızı, Rzayeva Fəridə Əidər qızı, Şahbazova Lida Nadir qızı, Tağıyeva Fatimə Fizuli qızı, Tağıyeva Müjdə Fizuli qızı, Mustafayev Akif Aslan oğlu, Qurbanova Arzu Elmir qızı III yerə layiq görülüblər. Şükürov Tunar Elçin oğlu və Əsgərli Sənan Samir oğlu isə həvəsləndirici yerin sahibi olublar.

Müsabiqədə qalib olan I, II, III yerlərin sahiblərinə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Diplomlar təqdim edilib.








 







 

GOYEZEN.AZ



Facebook-da paylaş