“Qazax” Xeyriyyə İctimai Birliyinin “Biz birlikdə güclüyük!” şüarı altında başladığı xeyriyyə kampaniyasına Qazaxdan start verilib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da cənab Prezident İlham
Əliyevin "Biz birlikdə
güclüyük!” şüarına dəstək olaraq, genişmiqyaslı xeyriyyə kampaniyasına başlanılıb. "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də
bu ümumrespublika kampaniyasına qoşulublar. "Qazax” Xeyriyyə İctimai
Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun təşəbbüsü ilə
Birliyin üzvü olan iş adamları tərəfindən reallaşan bu kampaniya özündə
birliyi, həmrəyliyi nümayiş etdirməklə yanaşı, həm də ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına səs verərək vətəndaşlarımıza dəstək olmaqdır. Birliyin həyata keçirdiyi xeyriyyə aksiyasına
Qazaxdan start verilib. Belə ki, rayonun Daş Salahlı kəndində qayğıya ehtiyacı
olan 110 aztəminatlı
ailəyə müxtəlif ərzaq məhsullarından
ibarət sovqatlar paylanılıb. İctimai Birliyin üzvü, şair Zaməddin Ziyadoğlu, "Gənc Könüllülər”
və aidiyyatı şəxslər həmin sovqatları sahiblərinə çatdırıblar. "Biz
birlikdə güclüyük!” şüarı altında başlanılan kampaniyanı razılıq hissi ilə
qarşılayan ailələr "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin
sədri, professor İlham Pirməmmədov başda olmaqla, Birliyin üzvlərinə və əməyi
keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş