• Təqvim

  • Maraq



Qazaxda Rayon İcra Hakimiyyəti tərəfindən müharibə əlillərinə dəstək olunub


Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən xeyriyyə aksiyası davam etdirilir. Qazax rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi günlərində təşkil olunan "Biz birlikdə güclüyük xeyriyyə aksiyası çərçivəsində Qarabağ müharibəsi əlilləri, Çernobl əlilləri və hərbi xidmət əlilləri də unudulmayıb. 

Fəaliyyətə başladığı ilk gündən şəhid ailələri ilə yanaşı, Qarabağ müharibəsi əlillərindən qayğısını əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov belə çətin anda onların yanında olduğunu bir daha nümayiş etdirib.

"Biz birlikdə güclüyük” adlı kampaniya çərçivəsində şəhərdə və kəndlərdə yaşayan 425 nəfər Qarabağ müharibəsi əlilinə, Çernobl və hərbi xidmət əlilinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanıb.

Bu gün "Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən ərzaq məhsullarından ibarət bağlamalar əlillərin yaşadıqları ünvanlara çatdırılıb.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi əlillərindən Baxış Hüseynov, Rəşad Qocayev və başqaları dövlət tərəfindən göstərilən dəstəyi ölkə vətəndaşlarına olan qayğı kimi qeyd edərək razılıqlarını bildiriblər. Ölkə başçısı başda olmaqla, rayon rəhbərliyinə onlara göstərilən dəstəyə görə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, koronavirus pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi altında göstərilən bu qayğı bir daha sübut etdi ki, Azərbaycan dövləti dar gündə də, xoş gündə də hər zaman vətəndaşının yanındadır. "Biz birlikdə güclüyük!” şüarı altında başlanılan yardım kampaniyası da bunun əyani sübutudur.








 

GOYEZEN.AZ



Facebook-da paylaş