Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Novruz şənliyi keçirilib
Xalqımızın müqəddəs bayramı olan Novruz hər gəlişi ilə ürəklərə hərarət, könüllərə təravət gətirir. Soyuq qış aylarından sonra təbiətin oyanışı, dağ və yamacların yaşıl örpəyə bürünməsi insanlarda həyat eşqini daha da artırır. Belə bir vaxtda hər kəsin ürəyində bir arzu baş qaldırır ki, o da gündən-günə çiçəklənən müstəqil Azərbaycanın bundan sonra da firavan görmək.
Bu günlər respublikamızın bütün bölgələrində bayram əhval-ruhiyyəsi hökm sürür. Bu əziz günlərdə insanların bir arzusu var ki, o da yağı düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və növbəti ildə Novruzun Dağlıq Qarabağda qeyd edilməsidir.
Bu fikirlər Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə keçirilən Novruz şənliyində dönə-dönə səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov dedi ki, doğma yurdumuzun bir hissəsi yağı düşmənin əlindədir. Bir milyon soydaşımız öz ata-baba yurdundan didərgin düşərək qaçqınlıq, köçkünlük həyatı yaşayır. Doğrudur, dövlətimizin diqqət və qayğısı ilə onların sosial məişət problemləri həll edilmişdir. Odur ki, illərdən bəri yaşadıqları məşəqqətlərə baxmayaraq bu əziz bayram günlərində onlar kifayət qədər nikbindirlər. İnanırlar ki, işğalda olan doğma yurdları tezliklə azad olunacaq və üçrəngli Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır.
Bayram şənliyində o da vurğulanmışdır ki, bugünkü xoşbəxt həyata görə hər bir azərbaycan vətəndaşı şəhidlərimizə borcludur. Məhz buna görə xalqımız şəhidlərimizin adını həmişə uca tutur. Qarabağ müharibəsi əlillərinə böyük hörmətlə yanaşırlar.
Qeyd edilmişdir ki, istər şəhid ailələri, istərsə də Qarabağ müharibəsi əlilləri daim dövlətimizin diqqət mərkəzindədir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün təhsil aldıqları məktəblərə, yaşadıqları küçələrə onların adları verilib. Təkcə Qazax rayonunda onlarla küçə, məktəb var ki, şəhidlərin adını daşıyır. Onların xatirəsinə çoxlu sayda bulaqlar da inşa edilmişdir.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov onlara bundan sonrakı həyatlarında cansağlığı və işlərində nailiyyətlər arzulamışdır.
Şəhid atası Sarı Hüseynov, şəhid anası Tamella Süleymanova, Qarabağ müharibəsi əlili Namiq Alıyev və başqaları çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərən ölkə rəhbərinə ailə üzvləri adından minnətdarlılıqlarını bildirmiş, problemləri ilə daim yaxından maraqlanan və belə əziz günlərdə onları yaddan çıxarmayan rayon rəhbərliyinə təşəkkür etmişlər.
Bayram şənliyi hər cür milli xörəklər və şirniyyatlarla bəzədilmiş süfrə arxasında davam etdirilmişdir. Rayonun incəsənət ustalarının çıxışları şənliyə xoş ovqat bəxş etmişdir.

Sabir ƏLİYEV,
"Azərbyacan” qəzeti
18 mart 2018-ci il
"Azərbyacan” qəzeti
18 mart 2018-ci il
Facebook-da paylaş