Bakı Dövlət Universitetinin Qazax filialında Novruz şənliyi keçirilib
Novruz bayramına məxsus ənənələrin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Bakı Dövlət Universitetinin Qazax filialında Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə filialın müəllim və tələbələri, idarə, müəssisə, təşkilat rəhbərləri və KİV nümayəndələri iştirak edib.
BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə təbrik edib.
Bildirib ki, bizlər el bayramını əmin-amanlıq və bol ruzi ilə qeyd ediriksə, bu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Novruz bayramı bizə babalarımızdan yadigar qalıb. Sovetlər dönəmində bu el bayramı gizli şəkildə evlərdə qeyd edilib. Müstəqillik qazanıldıqdan sonra dahi siyasi xadim ulu öndər Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasının vacibliyini önə çəkib. Ümummilli lider Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.
Bayram şənliyində çıxış edən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bütün Azərbaycan xalqını, o cümlədən filialın müəllim və tələbə kollektivini milli bayramımız - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.
Qeyd edib ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin paytaxtı və iri şəhərləri ilə yanaşı, ucqar rayonlarımız, kəndlərimiz də öz inkişaf dövrünü yaşayır. Bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.
Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Novruz şənliyində bayram münasibətilə açılmış süfrələri bayram təamları, səməni və şirniyyatlar bəzəyib.
Yüksək səviyyədə keçirilən bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub.

Kosa və Keçəlin, Bahar qızın bir-birindən şən zarafatları, maraqlı çıxışları bayram şənliyinə daha bir rəng qatıb.
Novruz tonqalı ətrafında müəllim və tələbələr rəqs ediblər.

Elçin İSMAYIL
Facebook-da paylaş