"Açıq qapı” günlərinin təşkili ulu öndərin siyasi irsinin təbliğinə xidmət edir
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox
arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət
olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Hər
xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi
missiyaya malik olan dahi şəxsiyyətləri olub. Öz xalqlarına milli müstəqillik
sevincini bəxş edən həmin dahi insanlar isə heç zaman unudulmur. Azərbaycan
xalqının da taleyində ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət olub. Bu
xalq, millət, dövlət üçün ömrünü fəda etmiş dahi şəxsiyyətin gördüyü işlər bu
gün də gələcək nəsillər üçün örnəkdir. Qazaxda da
dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunur. Ulu öndərin doğum və
anım günləri ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir. Xəbər
verdiyimiz kimi, dahi şəxsiyyətin
anadan olmasının 96-cı ildönümü ilə əlaqədar növbəti "Açıq qapı” günləri təşkil olunub. Rayonun idarə,
müəssisə və təşkilat kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində
çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı”
günlərində fəal iştirak edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla
yad ediblər. 25
apreldən start götürən "Açıq qapı” günlərində ziyarətçilər gün
ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək
dəstələri düzüb, öz ehtiramlarını bildiriblər. Daha sonra muzeyin qarşısında
Azərbaycan xalqının qəlbində əbədi yaşayan ulu öndərin həyatı və siyasi
fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Sən əlçatmaz zirvəsən”
başlıqlı sərgi ilə tanış olub, dahi rəhbərə
həsr olunmuş mühazirələr dinləyib və filmlərə baxıblar. Dinlənilən
mühazirələrdə müasir Azərbaycanın ulu öndər Heydər Əliyevin adı ilə bağlı
olması bir daha vurğulanıb. Onun xalq, millət, dövlət naminə həyata keçirdiyi
işlər, öz doğma xalqına olan sonsuz sevgisi və qayğısı böyük minnətdarlıq hissi
ilə xatırlanıb. Azərbaycanın inkişaf strategiyasının, ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu siyasi kursun son 15 ildə Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyi bildirilib. Həmin ildən indiyədək ölkənin
iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verilib. Mərkəzdə
ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə
çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil olunmasında da əsas məqsəd
ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və
suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti
böyük hörmət və ehtiramla yad etməkdir. "Açıq qapı” günlərində Qazax rayon Poçtamtının, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin,
Qazax Peşə Liseyinin, MİHİ Qazax rayon Komitəsinin, "Avey” Dövlət Tarix-Mədəniyyət
qoruğunun, 10 saylı Qazax Regional Mətbuatyayımı İdarəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax
rayonu üzrə mədəniyyət müəssisələrinin, Qazax Dövlət Dram Teatrının, Əmlak Məsələləri
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı
Tovuz Ərazi Dairəsinin Qazax rayon şöbəsinin, Qazax Sement Zavodunun, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri,N saylı hərbi hissənin əsgər və zabitləri mərkəzi
ziyarət edib, ümummilli liderin mənalı həyat yoluna nəzər salıblar. İştirakçılar əvvəlcə
dahi şəxsiyyətin abidəsini ziyarət ediblər. Sonra ulu öndərin həyat və siyasi
fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar. Sərgi ilə tanış
olublar. Məlumat üçün qeyd edək ki,
"Açıq qapı” günlərində 2500-dən çox ekskursiyaçı iştirak edib. GOYEZEN.AZ
Facebook-da paylaş