"Açıq qapı” günlərinin təşkili ulu öndərin siyasi irsinin təbliğinə xidmət edir
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri olub. Öz xalqlarına milli müstəqillik sevincini bəxş edən həmin dahi insanlar isə heç zaman unudulmur.
Azərbaycan xalqının da taleyində ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət olub. Bu xalq, millət, dövlət üçün ömrünü fəda etmiş dahi şəxsiyyətin vəfatından illər ötsə də ümummilli liderin gördüyü işlər bu gün də gələcək nəsillər üçün örnəkdir.
Qazaxda da dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunur. Ulu öndərin anım günü ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir.
Xəbər verdiyimiz kimi, Qazax rayon Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən "Açıq qapı” günlərinə start verilib.
"Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
Artıq 3 gündür ki, davam edən "Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə ƏƏSMN yanında DSMF Qazax rayon şöbəsinin, rayon Təhsil şöbəsinin, Mərkəzi Xəstəxananın kollektivləri, Q.Hacımahmudova adına şəhər ümumi orta, İ.Qayıbov adına şəhər 3 saylı və F.Şamoyev adına 4 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri olub. Ümumilikdə 600-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıblar.
Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş