• Təqvim

  • Maraq



Ulu öndərin anım gününə həsr olunmuş “Açıq qapı” günləri davam edir


Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan dövlətinin tarixində ümummilli lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan tarixinin dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Ulu öndərin vəfatından 15 il ötsə də dahi rəhbərin xalq, millət üçün gördüyü işlər bu gün də gələcək nəsillər üçün bir  örnəkdir.

Qazaxda da dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunur. Ulu öndərin anım günü ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir.

Xəbər verdiyimiz kimiQazax rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən "Açıq qapı” günlərinə start verilib.

"Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.

Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 

Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.

Bu gün "28 nömrəli Yol İstismarı” MMC-nin, Qazax Dəmiryol Stansiyasının, Qazax Telekommunikasiya Qovşağının, Mənzil İstismar Sahəsinin, rayon Poçtamtının kollektivləri, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri də "Açıq qapı” günlərində iştirak ediblər. Ümumilikdə 200-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini anıblar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.















GOYEZEN.AZ



Facebook-da paylaş