• Təqvim

  • Unutma

  • Maraq



“Açıq qapı” günləri davam edir

“Açıq qapı” günləri davam edir
Məlumat verdiyimiz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri təşkil olunur. Dünəndən etibarən start götürən “Açıq qapı” günlərinin təşkil edilməsində əsas məqsəd ekskursiyaçılara ulu öndərin siyasi irsini, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri özündə əks etdirən dolğun məlumatlar çatdırmaqdır.

Rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, rayon məktəblilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi “Açıq qapı” günlərində ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzülür, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilir.

Sonra mərkəzdə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxunur, filmlər nümayiş olunur, kitab və jurnallardan ibarət sərgi təşkil edilir. Mühazirələrdə dahi rəhbərin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmizin parçalanmaq, xaosdan, vətəndaş müharibəsi təhlükəsindən qurtulmasından söz açılır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının dirçəldilməsindəki, gələcək yüksəlişin təmin edilməsindəki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasındakı xidmətləri bir daha çatdırılır. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olması qeyd olunur.

Bundan başqa, Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin geniş əks olunduğu kitab və jurnallardan ibarət ”Tarixi yaddaşlara həkk olunmuş mənalı ömür” başlıqlı sərgi ilə tanış olan ekskursiya iştirakçılarına müxtəlif illərdə nəşr olunmuş kitablar haqqında da ətraflı məlumatlar verilir.

Qeyd edək ki, “Açıq qapı” günləri may ayının 10-a kimi davam edəcəkdir.

“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
“Açıq qapı” günləri davam edir
GOYEZEN.AZ


Facebook-da paylaş