Əsas Səhifə > Mədəniyyət > "Açıq qapı” günlərinin təşkili ulu öndərin siyasi irsinin təbliğinə xidmət edir

"Açıq qapı” günlərinin təşkili ulu öndərin siyasi irsinin təbliğinə xidmət edir


7-05-2019, 18:55


Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri olub. Öz xalqlarına milli müstəqillik sevincini bəxş edən həmin dahi insanlar isə heç zaman unudulmur. Azərbaycan xalqının da taleyində ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət olub. Bu xalq, millət, dövlət üçün ömrünü fəda etmiş dahi şəxsiyyətin gördüyü işlər bu gün də gələcək nəsillər üçün örnəkdir.

Qazaxda da dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad olunur. Ulu öndərin doğum və anım günləri ilə bağlı hər il "Açıq qapı” günləri keçirilir.

Xəbər verdiyimiz kimi, dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar növbəti "Açıq qapı” günləri təşkil olunub.

Rayonun idarə, müəssisə və təşkilat kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri "Açıq qapı” günlərində fəal iştirak edərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

25 apreldən start götürən "Açıq qapı” günlərində ziyarətçilər gün ərzində ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzüb, öz ehtiramlarını bildiriblər. Daha sonra muzeyin qarşısında Azərbaycan xalqının qəlbində əbədi yaşayan ulu öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Sən əlçatmaz zirvəsən” başlıqlı sərgi ilə tanış olub, dahi rəhbərə həsr olunmuş mühazirələr dinləyib və filmlərə baxıblar.

Dinlənilən mühazirələrdə müasir Azərbaycanın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması bir daha vurğulanıb. Onun xalq, millət, dövlət naminə həyata keçirdiyi işlər, öz doğma xalqına olan sonsuz sevgisi və qayğısı böyük minnətdarlıq hissi ilə xatırlanıb. Azərbaycanın inkişaf strategiyasının, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verilib.

Mərkəzdə ulu öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olan ziyarətçilərə çatdırılıb ki, "Açıq qapı” günlərinin təşkil olunmasında da əsas məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, onun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlamaq, dahi şəxsiyyəti böyük hörmət və ehtiramla yad etməkdir.

"Açıq qapı” günlərində Qazax rayon Poçtamtının, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin, Qazax Peşə Liseyinin, MİHİ Qazax rayon Komitəsinin, "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun, 10 saylı Qazax Regional Mətbuatyayımı İdarəsinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə mədəniyyət müəssisələrinin, Qazax Dövlət Dram Teatrının, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi Dairəsinin Qazax rayon şöbəsinin, Qazax Sement Zavodunun, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri,N saylı hərbi hissənin əsgər və zabitləri mərkəzi ziyarət edib, ümummilli liderin mənalı həyat yoluna nəzər salıblar.

İştirakçılar əvvəlcə dahi şəxsiyyətin abidəsini ziyarət ediblər. Sonra ulu öndərin həyat və siyasi fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar. Sərgi ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, "Açıq qapı” günlərində 2500-dən çox ekskursiyaçı iştirak edib. 
























GOYEZEN.AZ


Geri qayıt