İcra başçısı Dəmirçilər kəndində baramanın mövcud vəziyyəti ilə maraqlanıb
Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və
ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da gücləndirilib.
İxracyönümlü sahə olan baramaçılıq kənd yerlərində məşğulluğun təmin edilməsində
də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizdə baramaçılığın
inkişafı istiqamətində məqsədyönlü işlər görülür. Ölkə başçısının
27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı” da bu sahəyə marağı artırıb. Məhz Dövlət Proqramının
uğurla icra olunması sayəsində respublikamızda ipəkçiliyin müasir
infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu da ölkədə barama istehsalını
ildən-ilə artırır. Dövlət başçısının baramaçılığın
inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr artıq 5 ildir ki, Qazaxda da
uğurla icra olunur. 2016-cı ildən rayonun inkişaf edən sahələrindən olan baramaçılığın
keçmiş şöhrətini qaytarmaq üçün böyük işlər görülür. Bu istiqamətdə ardıcıl
tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Bu il 6 ton yaş barama istehsal etməyi
nəzərdə tutan qazaxlı kümçülər hazırda ipəkqurduların bəslənməsini davam
etdirirlər. Alpout, Aşağı Salahlı, Aslanbəyli,
İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər,
Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı
Salahlı kəndləri üzrə barama yetişdirən
kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Dəmirçilər kəndində olub baramanın
mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə bildirilib
ki, artıq ipəkqurdu barama sarımağa başlayıb. Qısa bir vaxtda
kümçülər baramanı tədarük edərək çəkdikləri zəhmətin bəhrəsini götürəcəklər. "İpəkqurdunun
bəslənilməsi əziyyətli olsa da bir o qədər də məsuliyyət tələb edir”, - deyən
kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışırlar. Mövcud
vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də
verib.
GOYEZEN.AZ
Facebook-da paylaş