Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Dəmirçilər kəndində baramanın mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı Dəmirçilər kəndində baramanın mövcud vəziyyəti ilə maraqlanıb


29-05-2020, 17:03


Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına son illər dövlət dəstəyi daha da gücləndirilib. İxracyönümlü sahə olan baramaçılıq kənd yerlərində məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizdə baramaçılığın inkişafı istiqamətində məqsədyönlü işlər görülür. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə marağı artırıb. Məhz Dövlət Proqramının uğurla icra olunması sayəsində respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu da ölkədə barama istehsalını ildən-ilə artırır.

Dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr artıq 5 ildir ki, Qazaxda da uğurla icra olunur. 2016-cı ildən rayonun inkişaf edən sahələrindən olan baramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün böyük işlər görülür. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur.


Bu il 6 ton yaş barama istehsal etməyi nəzərdə tutan qazaxlı kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər. Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Dəmirçilər kəndində olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, artıq ipəkqurdu barama sarımağa başlayıb. Qısa bir vaxtda kümçülər baramanı tədarük edərək çəkdikləri zəhmətin bəhrəsini götürəcəklər. "İpəkqurdunun bəslənilməsi əziyyətli olsa da bir o qədər də məsuliyyət tələb edir”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışırlar.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.


 

GOYEZEN.AZ


Geri qayıt