İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb
Son illər cənab Prezident İlham Əliyevin tapşırıq və
tövsiyəsinə əsasən respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü
sahələrindən olan baramaçılığın inkişafı prioritet sahələrdən hesab olunur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında 27 noyabr
2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın
dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Dövlət Proqramının uğurla icra olunmasının nəticəsidir
ki, respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu sahəyə dövlət dəstəyi sayəsində ölkədə barama istehsalı ildən-ilə artırılır. Ölkə başçısının baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunmaqdadır. 2016-cı ildən başlayaraq rayonun inkişaf edən sahələrindən
olan baramaçılığın keçmiş şöhrətinin
qaytarılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə ardıcıl
tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 6 tonyaş baramanın istehsalı nəzərdə tutulub. Alpout, Aşağı
Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər,
Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı
Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu
paylanılıb. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu
paylanılmış Çaylı, Alpout, Dəmirçilər, Cəfərli və Xanlıqlar kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti
ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu
toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb,
otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir. Kəndlərdə barama yetişdirən kümçülər respublikada ipəkçiliyin inkişafı ilə
bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının da bu sahəyə olan
marağını artırdığını qeyd ediblər. Kümçülər bu il də mütəxəssislərin
məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. Mövcud vəziyyətlə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. Çaylı kəndi Alpout kəndi Dəmirçilər kəndi Cəfərli kəndi Xanlıqlar kəndi GOYEZEN.AZ
Facebook-da paylaş