• Təqvim

  • Maraq



İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə maraqlanıb


Bu gün təqdirəlayiq haldır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası da kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilir. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu Dövlət Proqramının qəbul edilməsi ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi istiqamətində zəruri tədbirlər görülməsi üçün geniş imkanlar açır.

Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, bununla bağlı imzaladığı Sərəncamlarölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirilir. Son 3 ildə rayonda bu sahədə olan inkişafı ildən-ilə artan məhsulun miqdarından da aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Orta Salahlı, Aşağı Salahlı, Daş Salahlı, Dəmirçilər  Xanlıqlar kəndlərində olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, bu kəndlər də daxil olmaqla ümumi rayon üzrə bu günədək 5 tondan artıq yaş barama Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində "Azəripək” ASC-nin nümayəndəsinə təhvil verilib.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

19 iyun 2019-cu il tarixinə Yuxarı Salahlı, Aslanbəyli, Daş Salahlı, Dəmirçilər Xanlıqlar kəndlərində baramanın mövcud vəziyyəti

Yuxarı Salahlı kəndi





Aslanbəyli kəndi




Daş Salahlı kəndi

 

Dəmirçilər kəndi




Xanlıqlar kəndi








GOYEZEN.AZ



Facebook-da paylaş