Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Qazaxda vətəndaşın müraciətinə yerində baxıblar
Bu gün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında
şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin və
müavinlərinin Tovuz, Ağstafa, Qazax
rayonlarında vətəndaş qəbulu keçirilib. Səhmdar
Cəmiyyətin sədr müavinləri Zakir Quliyev və Rafiq Aslanov Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun Çaylı kənd sakini
Nağıyev Mahir Hüseyn oğlunun müraciətinə yerində baxıblar. Sonra
sədr müavinləri kənddə suvarma arxlarında aparılan təmizlik işləri ilə də yerində
tanış olublar. Qonaqlara məlumat verilib ki, son illər rayon rəhbərliyinin
bu sahəni daim diqqət mərkəzində saxlaması sayəsində hər il rayonda mövcud olan
suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi
istiqamətində məqsədyönlü işlər görülür. Bu da ildən-ilə
əkin sahələrinin genişləndirilməsində, xüsusilə də məhsuldarlığın
artırılmasında, bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasında
mühüm rol oynayır. Qeyd olunub ki,
2020-ci ilin əkin sahələrinin suvarılması məqsədilə 88,57 km-i texnika
vasitəsilə, 198,03 km-i əl əməyi ilə olmaqla 286,6 km məsafədə arx və
kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bu sahədə görülən
işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, bu günə kimi 277,89 km
məsafədə təmizlik işləri aparılıb. Bunun da 100,72 km-i texnika vasitəsilə,
177,17 km-i isə əl əməyi ilə təmizlənib. Hazırda işlər sürətlə davam etdirilir.
Belə ki, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün
arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan sakinlər bu işi
ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmaq istəyirlər. GOYEZEN.AZ
Facebook-da paylaş