• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, vətəndaşların müraciətlərinə əsasən yerlərdə olur, qaldırılan məsələlərin həll olunması ilə bağlı tapşırıqlar verir. Artıq bu, ənənə halını alıb.

Bu gün belə bir görüş rayonun Daş Salahlı kəndində olub. İcra Başçısı vətəndaş Nemət Novruzovun müraciətinə əsasən kəndə gələrək yerində baxış keçirib.

Vətəndaş İcra Başçısına bildirib ki, aldığı torpaq sahəsinə gedən yol zəbt olunub. Mövcud vəziyyət araşdırıldıqdan sonra İcra Başçısı vətəndaşın sahəsinə gedən yolun açılması barədə tapşırıq verib.

Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
GOYEZEN.AZ


Facebook-da paylaş