Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə gedir.
Rayon rəhbəri bayram günü olmasına baxmayaraq bu gün Ağköynək kənd sakini İsrafilov Rövşən Cavanşir oğlunun ərizəsinə əsasən evində olub. Vətəndaşın müraciətini dinləyib, vəziyyətlə yerində tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, həyətindən keçən suötürücü arxın təmizlənməsinə ehtiyac var. Vəziyyətlə yerində tanış olan rayon rəhbəri qaldırılan məsələnin həlli istiqamətində aidiyyatı təşkilatın rəhbərinə konkret tapşırıq verib.
Kənd sakini onun müraciətinə dərhal münasibət göstərdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə İcra Başçısına öz dərin minnətdarlığını bildirib.

GOYEZEN.AZ
Facebook-da paylaş