İcra başçısı su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülən işlərlə tanış olub
Əvvəlki
yazılarımızda da qeyd etdiyimiz kimi, artıq 1 ildən çoxdur ki, ölkə Prezidenti cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən Qazaxda şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur.
Podratçı təşkilat tərəfindən küçələrdə paralel olaraq aparılan su və
kanalizasiya xətlərinin çəkilişi uğurla həyata keçirilir. Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi su-kanalizasiya
sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində
saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya
sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə
düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat
rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması,
bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud
vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də
çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə
maraqlanılması bunun əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə
rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyatı şəxslərlə birlikdə su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülmüş işlərlə
maraqlanıb. Rayon rəhbəri
əvvəlcə su mənbəyi yatağında 12 ədəd subartezian
quyusunda, 1 ədəd nasosxanada və 35 kVt-luq elektrik yarımstansiyasında
görülmüş işlərlə tanış olub. Görülmüş işlərin keyfiyyətinə yerində baxış
keçirib. İcra başçısı daha sonra həcmi
10500 kubmetr olan çirkab su təmizləyici qurğuda görülmüş işlərlə də yaxından
tanış olub. Həyata keçirilmiş işlərin mövcud vəziyyətini yerində öyrənib. Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov su və kanalizasiya xəttinin çəkilişi
ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə
çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması,
çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat
verib. İcra başçısı istər su, istərsə
də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını
vurğulayaraq bir daha tapşırıq və
tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş