İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt vurulacaq Səməd Vurğun küçəsində olub
Artıq 1 ildir ki,
ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin
yenidən qurulması həyata keçirilir. Podratçı təşkilat tərəfindən küçələrdə paralel
olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi uğurla icra olunur. Hər kəsə yaxşı məlumdur ki, rayon rəhbərliyi su-kanalizasiya
sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində
saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya
sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə
düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat
rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması,
bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud
vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də
çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə
maraqlanılması bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovQazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanovla birlikdə su-kanalizasiya
sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulacaq Səməd Vurğun
küçəsi döngə 6 ünvanında olub. Burada görülən işlərin mövcud vəziyyəti ilə
maraqlanıb. Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov
S.Vurğun küçəsində, eləcə də döngə 6-da hazırda son tamamlanma işlərinin aparıldığını
bildirib. Ümumiyyətlə, su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə
hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də
kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu
kimi həyata keçirilməsi barədə məlumat verib. Rayon rəhbərinə məlumat verilib ki, artıq Səməd Vurğun
küçəsi döngə 6 ünvanında aparılan abadlıq işləri yekunlaşıb. Belə ki, həmin
ərazidə köhnə bardürlər sökülərək yenilənib. Həmçinin, yeni asfalt vurulması
üçün hazırlıq işlərinə start verilib. İcra başçısı istər su, istərsə
də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha
vurğulayıb. Eyni zamanda çəkiliş
yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə
gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir
daha tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş