İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Səməd Vurğun küçəsində olub
Hər kəsə yaxşı
məlumdur ki, ötən ilin əvvəlindən başlayaraq dövlət başçısı İlham Əliyevin
diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Podratçı təşkilat
tərəfindən küçələrdə paralel olaraq həyata keçirilən su və kanalizasiya
xətlərinin çəkilişi uğurla icra olunur. Rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilməsinə
başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon
rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə,
çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair
mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan
küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun bariz
nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyatı şəxslərlə birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan
Səməd Vurğun küçəsində olub. Burada görülən işlərin mövcud vəziyyəti ilə
maraqlanıb. Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov
S.Vurğun küçəsində hazırda son tamamlanma işlərinin aparıldığını bildirib.
Ümumiyyətlə, bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 70,2%, su təchizatı borularının quraşdırılması üzrə isə 57,7% işlərin yerinə yetirildiyini qeyd edib. Su və kanalizasiya xəttinin çəkilişi
ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə
çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması,
çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat
verib. "Bizə çəkilişin tez bir
zamanda başa çatması ilə yanaşı, işlərin keyfiyyətlə aparılması da lazımdır”, -
deyən icra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri
səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə
avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması,
səliqə-sahman yaradılması istiqamətində tapşırıq və tövsiyələrini verib. Sonra icra başçısı abadlıq işləri aparılan şəhərin
Səməd Vurğun küçəsi döngə 6 ünvanında olub. Rayon rəhbərinə məlumat verilib ki,
həmin ərazidə köhnə bardürlər sökülərək yenilənib. Sonda isə yeni asfalt
döşənəcək.
GOYEZEN.AZ
Facebook-da paylaş