• Təqvim

  • Maraq

2026-cı ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının təməlində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2026-cı ilin iyul ayında rayonun Abbasbəyli, Ürkməzli, Bala Çaylı, Quşçu Ayrım kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 262 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 12 məsələ qaldırılmışdır.

2026-cı ilin yanvar-iyul aylarında Qazax şəhəri, rayonun Daş Salahlı, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Qarapapaq, Çaylı, Aşağı Salahlı, Canalı, Dəmirçilər, Qazaxbəyli, Məzəm, İkinci Şıxlı, Xanlıqlar, Alpout, Orta Salahlı, Kəmərli, Ağköynək, Cəfərli, Abbasbəyli, Ürkməzli, Bala Çaylı, Quşçu Ayrım kəndləri üzrə 28 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 2648 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 91 nəfər vətəndaş tərəfindən 66 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.

2026-cı ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Bala Cəfərli kəndi

Qazax rayon Bala Cəfərli kənd ibtidai məktəb

03.08.2026

2

Qazax şəhəri

Qazax şəhəri Əliağa Şıxlinski, Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai, Amid Məmmədov küçələri

05.08.2026

3

Qaymaqlı kəndi 

Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəb

06.08.2026

Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında ümumilikdə, Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır.




Facebook-da paylaş


{sape_links}