• Təqvim

  • Maraq

Qazaxda icra başçısı Ağstafaçay su dəryaçasında boğularaq dünyasını dəyişən ata və onun övladının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

İyulun 20-də Qazax rayonunun Canalı kənd sakinləri, 1983-cü il təvəllüdlü (43 yaş) Xəlilov Rafael Qədim oğlu və onun övladı, 2010-cu il təvəllüdlü (16 yaş) Xəlilova Rəvanə Rafael qızı Ağstafaçay su dəryaçasında boğularaq dünyasını dəyişiblər. Onlar bu gün doğulduqları Canalı kənd qəbiristanlığında dəfn ediliblər.

Məlumat üçün qeyd edək ki, Xəlilov Rafael Qədim oğlu 15 iyul 1983-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1989-cu ildə Canalı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə həmin orta məktəbi bitirmişdir. 2001-ci ilin iyul ayında N saylı hərbi hissəyə hərbi xidmətə gedib. 2003-cü ilin yanvar ayında hərbi xidmətini bitirib. 2006-cı ildə 3 aylıq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) hazırlıq kursunu bitirib. 2014-cü ildə gizir hərbi rütbəsi almışdır. 2019-cu ildə Baş gizir hərbi rütbəsinə yüksəlib. 19-20.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 11.05.2023-cü il tarixdə Kəlbəcər rayonu Zod istiqamətində döyüş texnikası düşmən tərəfindən vurulmuş, bunun nəticəsində kəllə-beyin travması almışdır. Ailəli idi, 3 övladı var idi, 20.07.2026-cı il tarixdə qızı Rəvanə Xəlilova ilə birgə Ağstafaçay su dəryaçasında bataraq dünyasını dəyişib. Rafael Xəlilov Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli medallarlatəltif edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medallarına layiq görülmüşdür.

İyulun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Canalı kəndində olub, mərhum ata və onun övladının hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Rafael Xəlilovun və onun övladı Rəvanə balanın vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun atasına, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.




Facebook-da paylaş


{sape_links}