• Təqvim

  • Maraq

Qazaxda icra başçısı elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən Kosalar kənd sakininin hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

İyulun 20-də Qazax rayonunun Kosalar kənd sakini, 1997-ci il təvəllüdlü (29 yaş) Məmmədrzazadə Xəyal Qədir oğlu Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən işlədiyi qaynaq sexində elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Məlumat üçün qeyd edək ki, Məmmədrzazadə Xəyal Qədir oğlu 10 fevral 1997-ci ildə Kosalar kəndində anadan olmuşdur. Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbi bitirmişdir, orta təhsillidir. Ölkə Prezidentinin"Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur.27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 07.12.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. 20.07.2026-cı il tarixdə Qazax şəhəri Əliağa Şıxlinski küçəsində yerləşən işlədiyi qaynaq sexində elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Vətən müharibəsi veteranı idi. Subay idi. Mərhum Xəyal Məmmədrzazadə bu gün doğulduğu Kosalar kənd qəbiristanlığında dəfn edilib.

İyulun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Kosalar kəndində olub, mərhum Xəyal Məmmədrzazadənin hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhumun vaxtsız vəfatından kədərləndiyini bildirib, onun atasına, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.




Facebook-da paylaş


{sape_links}