• Təqvim

  • Maraq

“İdman Paytaxtı” Qazaxda keçiriləcək velosiped idmanı üzrə Federasiya Kuboku yarışına sayılı gün qaldı

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2026-cı il üçün təsdiq olunmuş idman təqvim planına əsasən, 25 iyul tarixində ölkəmizin idman paytaxtı Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunacaq yarışda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları qrup ötüşməsində mübarizə aparacaqlar.

Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunacaq. Yarışın məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir.

İyulun 23-də Qazax Rayon İcra Hakimiyyətində Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rəis müavini Elçin Cəfərov, idarənin İdman Sektorunun aparıcı məsləhətçisi Həsənəli Həsənov, yarışla əlaqədar təhkim olunmuş digər aidiyyəti şəxslər iştirak ediblər.

Sözügedən yarışla əlaqədar görülməsi nəzərdə tutulan işlər bir daha müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.




Facebook-da paylaş


{sape_links}