Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülən işlərlə tanış olub

İcra başçısı su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülən işlərlə tanış olub


18-05-2020, 10:34


Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, artıq 1 ildən çoxdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Podratçı təşkilat tərəfindən küçələrdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi uğurla həyata keçirilir.

Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun əyani sübutudur.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyatı şəxslərlə birlikdə su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülmüş işlərlə maraqlanıb.

Rayon rəhbəri əvvəlcə su mənbəyi yatağında 12 ədəd subartezian quyusunda, 1 ədəd nasosxanada və 35 kVt-luq elektrik yarımstansiyasında görülmüş işlərlə tanış olub. Görülmüş işlərin keyfiyyətinə yerində baxış keçirib.

İcra başçısı daha sonra həcmi 10500 kubmetr olan çirkab su təmizləyici qurğuda görülmüş işlərlə də yaxından tanış olub. Həyata keçirilmiş işlərin mövcud vəziyyətini yerində öyrənib.

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib.

İcra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını vurğulayaraq bir daha tapşırıq və tövsiyələrini verib.




 

GOYEZEN.AZ


Geri qayıt