Qazaxda yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub
Qazaxda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının
alınması məqsədilə həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər uğurla davam
etdirilir. RİHB yanında yaradılmış operativ
qərargahın tərtib etdiyi qrafikə əsasən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları
xüsusi karantin rejimi dövrü
bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus
infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət etməklə hər gün
dezinfeksiya işləri aparırlar. Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər
Əliyev prospekti 81-də yerləşən ikimərtəbəli, 3 bloklu, 12 mənzilli; 83-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8
mənzilli; 127-də yerləşən ikimərtəbəli, 1 bloklu, 11 mənzilli; 150-də yerləşən
ikimərtəbəli, 1 bloklu, 8 mənzilli; 158-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8
mənzilli; M.V.Vidadi küçəsi 14-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli;
N.Gəncəvi küçəsi 3-də yerləşən ikimərtəbəli, 2 bloklu, 12 mənzilli; Bakı küçəsi
1-də yerləşən beşmərtəbəli, 3 bloklu, 36 mənzilli; 2-də yerləşən beşmərtəbəli,
4 bloklu, 30 mənzilli; 2A-da yerləşən birmərtəbəli, 30 mənzilli; Azadlıq küçəsi
107-də yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli; 109-da yerləşən birmərtəbəli,
7 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində həyata keçirilib. Çoxmənzilli yaşayış binalarının girişləri,
blokları, həyətləri GEM-nin
əməkdaşları tərəfindən koronavirus infeksiyasına
qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl
aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı
vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata
uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin
B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B,
200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100
qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər
1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur. H.Əliyev prospekti 83 saylı bina H.Əliyev prospekti 127 saylı bina H.Əliyev prospekti 150 saylı bina H.Əliyev prospekti 158 saylı bina Azadlıq küçəsi 107 saylı bina N.Gəncəvi küçəsi 3 saylı bina M.V.Vidadi küçəsi 14 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş