• Təqvim

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan dezinfeksiya işləri davam etdirilir


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Qazaxda həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir. Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə hər gün təmizlik və dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti dezinfeksiya işləri şəhərin Azadlıq küçəsi 39-da yerləşən birmərtəbəli, 5 mənzilli; 51,53,55,57,59-da yerləşən birmərtəbəli, 5 mənzilli; 81-də yerləşən birmərtəbəli, 4 mənzilli; 96-da yerləşən birmərtəbəli, 2 mənzilli; 95,97-də yerləşən ikimərtəbəli, 16 mənzilli; 117-də yerləşən birmərtəbəli, 11 mənzilli; 121,123-də yerləşən birmərtəbəli, 5 mənzilli; 125-də yerləşən birmərtəbəli, 7 mənzilli; 151-də yerləşən ikimərtəbəli, 6 mənzilli; N.Nərimanov küçəsi 31-də yerləşən ikimərtəbəli, 1 bloklu, 10 mənzilli, Bakı küçəsi 33-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli; 76-da yerləşən birmərtəbəli, 9 mənzilli; 105-də yerləşən birmərtəbəli, 4 mənzilli; 135-də yerləşən birmərtəbəli, 4 mənzilli; Ş.Xiyabanı küçəsi 1-də yerləşən birmərtəbəli, 3 mənzilli; Ə.Dilbazi küçəsi 2-də yerləşən ikimərtəbəli, 7 mənzilli; M.P.Vaqif küçəsi 18-də yerləşən ikimərtəbəli 1 mənzilli; 20-də yerləşən birmərtəbəli, 1 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb.

Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng  Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Azadlıq küçəsi 39


Azadlıq küçəsi 51



Azadlıq küçəsi 81




Azadlıq küçəsi 95,97




Azadlıq küçəsi 117





Azadlıq küçəsi 125




Azadlıq küçəsi 151



Bakı küçəsi 33


Bakı küçəsi 76


Bakı küçəsi 105


Bakı küçəsi 135




Ə.Dilbazi küçəsi 2


N.Nərimanov küçəsi 31





Ş.Xiyabanı küçəsi 1




 

M.P.Vaqif küçəsi 18,20




GOYEZEN.AZ



Facebook-da paylaş