• Təqvim

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri davam etdirilir


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təxirəsalınmaz işlər görülür.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə həyata keçirilir. Görülən işlər çərçivəsində yaşayış və qeyri-yaşayış binaları, eləcə də girəcəklər, pilləkən qəfəsələri, liftlər dezinfeksiya edilir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılaraq dezinfeksiya işləri tələblərə uyğun olaraq görülür.
Bu gün də rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilib.
"Abad məhəllə” layihəsi çərçivəsində yeni görkəm alan Nəriman Nərimanov yaşayış massivi və həmin ərazidə yerləşən 2 və 5 mərtəbəli binalarda dezinfeksiya işləri görülüb. Belə ki, beşmərtəbəli, altı bloklu, 60 mənzilli 49 saylı, hər biri 8 mənzilli, ikimərtəbəli, bir bloklu 1,2,3 saylı yaşayış binalarında, eləcə də binaların həyətində yerləşən xeyir-şər evi və ətarf ərazilər koronavirus infeksiyasına qarşı dezinfeksiya edilib.
Gün ərzində növbəti dezinfeksiya işləri yenə də N.Nərimanov yaşayış massivində Qarabağ müharibəsi əlillərinin yaşadığı hər biri 2 mərtəbə, 3 blok, 16 mənzildən ibarət 50 və 51 saylı yaşayış binalarında aparılıb.
Şəhərin Ə.Qədirov küçəsi və Dəmiryolu vağzalının ətrafı maşın, "Sınıq Körpü” Buraxılış Məntəqəsi və ətraf ərazilər, eləcə də Rayon Təhsil şöbəsinin inzibati binası isə əl aparatı ilə dezinfeksiya olunub.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin BBromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

N.Nərimanov yaşayış massivində yerləşən "Abad məhəllə"





N.Nərimanov yaşayış massivində yerləşən 1 saylı bina



N.Nərimanov yaşayış massivində yerləşən 2 saylı bina





N.Nərimanov yaşayış massivində yerləşən 3 saylı bina

 

N.Nərimanov yaşayış massivində yerləşən 49 saylı bina






N.Nərimanov yaşayış massivində yerləşən 50 saylı bina



N.Nərimanov yaşayış massivində yerləşən 51 saylı bina








Rayon Təhsil şöbəsinin inzibati binası

 



Ə.Qədirov küçəsi və Dəmiryolu vağzalının ətrafı



"Qırmızı Körpü" Buraxılış məntəqəsi və ətarfı









GOYEZEN.AZ


Facebook-da paylaş