Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən qlobal pandemiya elan edilən koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində ölkə başçısının
rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təxirəsalınmaz
işlər görülür.
Xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri müəyyən edilmiş tələblərə riayət edilməklə
həyata keçirilir. Görülən işlər çərçivəsində yaşayış və qeyri-yaşayış
binaları, eləcə də girəcəklər, pilləkən qəfəsələri, liftlər dezinfeksiya
edilir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılaraq dezinfeksiya işləri tələblərə uyğun olaraq görülür.
Bu gün də rayon
ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam
etdirilib.
"Abad məhəllə” layihəsi çərçivəsində yeni görkəm
alan Nəriman Nərimanov yaşayış massivi və həmin ərazidə yerləşən 2 və 5
mərtəbəli binalarda dezinfeksiya işləri görülüb. Belə ki, beşmərtəbəli, altı
bloklu, 60 mənzilli 49 saylı, hər biri 8 mənzilli, ikimərtəbəli, bir bloklu
1,2,3 saylı yaşayış binalarında, eləcə də binaların həyətində yerləşən
xeyir-şər evi və ətarf ərazilər koronavirus infeksiyasına qarşı dezinfeksiya
edilib.
Gün ərzində növbəti dezinfeksiya
işləri yenə də N.Nərimanov yaşayış massivində Qarabağ müharibəsi əlillərinin
yaşadığı hər biri 2 mərtəbə, 3 blok, 16 mənzildən ibarət 50 və 51 saylı yaşayış
binalarında aparılıb.
Şəhərin Ə.Qədirov küçəsi və
Dəmiryolu vağzalının ətrafı maşın, "Sınıq Körpü” Buraxılış Məntəqəsi və ətraf
ərazilər, eləcə də Rayon Təhsil şöbəsinin inzibati binası isə əl aparatı ilə dezinfeksiya
olunub.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən
bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla
dərmanlanıb.
Məlumat üçün bildirək ki, istər
əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri
təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr
suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100
qram olmaqla) qatılır.
Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə
olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya
tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
N.Nərimanov yaşayış massivində yerləşən "Abad məhəllə"
N.Nərimanov yaşayış massivində yerləşən 1 saylı bina
N.Nərimanov yaşayış massivində yerləşən 2 saylı bina
N.Nərimanov yaşayış massivində yerləşən 3 saylı bina
N.Nərimanov yaşayış massivində yerləşən 49 saylı bina
N.Nərimanov yaşayış massivində yerləşən 50 saylı bina
N.Nərimanov yaşayış massivində yerləşən 51 saylı bina
Rayon Təhsil şöbəsinin inzibati binası
Ə.Qədirov küçəsi və Dəmiryolu vağzalının ətrafı
"Qırmızı Körpü" Buraxılış məntəqəsi və ətarfı
GOYEZEN.AZ
Geri qayıt
|