• Təqvim

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə marşrutlar hər gün dezinfeksiya olunur


Bildiyiniz kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunub. Dövlət başçısının birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.

Elan edilən xüsusi karantin rejimi dövrü bitənədək görülən tədbirlərdən biri də ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasıdır.

Xüsusi karantin rejimi dövrü bitənədək müəyyən tələblər əsasında mütəmadi olaraq aparılan işlərdən biri də sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqlarının, eləcə də dayanacaqların oturacaqlarının hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməsidir.

Qazaxda da bu iş tələblərə uyğun olaraq həyata keçirilir. Belə ki, sərnişin daşıyan marşrutlar hər gün iki saatdan bir tərkibində dezinfeksiyaedici maddələr qatılmış məhlullarla dezinfeksiya olunur. Bundan əlavə, "Qazax Avtovağzal” ASC binasının içərisində də hər gün dezinfeksiya işləri görülür. Binanın girişində qapının tutacaqları, içəridə olan oturacaqlar və ətraf ərazilər dezinfeksiya olunur.




 

GOYEZEN.AZ



Facebook-da paylaş