• Təqvim

  • Maraq



Qazaxda yaşayış binaları dezinfeksiya olunub


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçiriləntəxirəsalınmaz tədbirlər davam etdirilir.

Tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə təmizlik və dezinfeksiya işləri də həyata keçirilir. Bu məqsədlə yaşayış və qeyri-yaşayış binaları, eləcə də girəcəklər, pilləkən qəfəsələri, liftlər dezinfeksiya edilir.

Qazaxda da qeyd olunan məsələnin ciddiliyi nəzərə alınaraq dezinfeksiya işləri tələblərə uyğun olaraq aparılır. Bu gün də rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilib.

Şəhərin Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli 1 bloklu 11 mənzilli 127 saylı, ikimərtəbəli 1 bloklu 8 mənzilli 150 saylı, ikimərtəbəli 2 bloklu 8 mənzilli 158 saylı, Nizami küçəsində yerləşən ikimərtəbəli 2 bloklu 13 mənzilli 3 saylı, M.V.Vidadi küçəsində yerləşən ikimərtəbəli 1 bloklu 7 mənzilli 14 saylı, Ş.Çobanov küçəsində yerləşən ikimərtəbəli 1 bloklu 5 mənzilli 15 saylı, birmərtəbəli 11 mənzilli 11 saylı, birmərtəbəli 4 mənzilli 25 saylı, Ş.Xiyabanı küçəsində yerləşən ikimərtəbəli 3 bloklu 16 mənzilli 31 saylı yaşayış binalarında, eləcə də binaların həyətində koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri görülüb.

Gün ərzində növbəti dezinfeksiya işləri isə Azadlıq küçəsində yerləşən beşmərtəbəli 4 bloklu 50 mənzilli 107 saylı, birmərtəbəli 6 mənzilli 109 saylı, birmərtəbəli 5 mənzilli 101 saylı, birmərtəbəli 4 mənzilli 96 saylı, ikimərtəbəli 2 bloklu 10 mənzilli 98 saylı, H.Z.Tağıyev küçəsində yerləşən birmərtəbəli 3 mənzilli 8 saylı, Ə.Qədirov küçəsində yerləşən hər biri ikimərtəbəli 3 bloklu 12 mənzilli 2 və 3 saylı, ikimərtəbəli 3 bloklu 8 mənzilli 4 saylı yaşayış binalarında aparılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün bildirək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin BBromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.

Heydər Əliyev prospekti 127 saylı bina




Heydər Əliyev prospekti 150 saylı bina


Heydər Əliyev prospekti 158 saylı bina



Nizami küçəsi 3 saylı bina


Ş.Çobanov küçəsi 11 saylı bina

 

 

Ş.Çobanov küçəsi 15 saylı bina



Ş.Çobanov küçəsi 25


Ş.Xiyabanı küçəsi 31 saylı bina






M.V.Vidadi küçəsi 14 saylı bina



Azadlıq küçəsi 96 


Azadlıq küçəsi 107 saylı bina




Ə.Qədirov küçəsi 2 saylı bina



Ə.Qədirov küçəsi 3 saylı bina






Ə.Qədirov küçəsi 4 saylı bina




GOYEZEN.AZ



Facebook-da paylaş