Koronavirus (COVID-19)
infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkə başçısının rəhbərliyi
altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçiriləntəxirəsalınmaz
tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövrü
bitənədək şəhər və
rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə təmizlik
və dezinfeksiya işləri də həyata keçirilir. Bu məqsədlə yaşayış və
qeyri-yaşayış binaları, eləcə də girəcəklər, pilləkən qəfəsələri, liftlər
dezinfeksiya edilir.
Qazaxda da qeyd olunan məsələnin ciddiliyi nəzərə alınaraq dezinfeksiya
işləri tələblərə uyğun olaraq aparılır. Bu gün
də rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
məqsədilə aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam
etdirilib.
Şəhərin Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli 1 bloklu 11 mənzilli 127 saylı, ikimərtəbəli 1 bloklu 8 mənzilli 150
saylı, ikimərtəbəli 2 bloklu 8 mənzilli 158 saylı, Nizami küçəsində yerləşən ikimərtəbəli 2 bloklu 13 mənzilli 3 saylı, M.V.Vidadi küçəsində yerləşən ikimərtəbəli 1 bloklu 7 mənzilli 14 saylı, Ş.Çobanov küçəsində yerləşən ikimərtəbəli 1 bloklu 5 mənzilli 15 saylı, birmərtəbəli 11 mənzilli 11 saylı, birmərtəbəli 4 mənzilli 25 saylı, Ş.Xiyabanı küçəsində yerləşən ikimərtəbəli 3
bloklu 16 mənzilli 31 saylı yaşayış binalarında, eləcə də binaların həyətində koronavirus
infeksiyasına qarşı dezinfeksiya işləri görülüb.
Gün ərzində növbəti dezinfeksiya işləri isə Azadlıq
küçəsində yerləşən beşmərtəbəli 4 bloklu 50 mənzilli 107 saylı, birmərtəbəli 6
mənzilli 109 saylı, birmərtəbəli 5 mənzilli 101 saylı, birmərtəbəli 4 mənzilli 96
saylı, ikimərtəbəli 2 bloklu 10 mənzilli 98 saylı, H.Z.Tağıyev küçəsində
yerləşən birmərtəbəli 3 mənzilli 8 saylı, Ə.Qədirov küçəsində yerləşən hər biri ikimərtəbəli 3 bloklu 12 mənzilli 2 və 3 saylı, ikimərtəbəli 3 bloklu 8 mənzilli
4 saylı yaşayış binalarında aparılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya edilən
bütün ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün bildirək
ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya
işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin
B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə
olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl
aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin
B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan
əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin
B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər
maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində
isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu
əhəng əlavə olunur.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri
növbəti günlərdə də davam etdiriləcək.
Heydər Əliyev prospekti 127 saylı bina
Heydər Əliyev prospekti 150 saylı bina
Heydər Əliyev prospekti 158 saylı bina
Nizami küçəsi 3 saylı bina
Ş.Çobanov küçəsi 11 saylı bina
Ş.Çobanov küçəsi 15 saylı bina
Ş.Çobanov küçəsi 25
Ş.Xiyabanı küçəsi 31 saylı bina
M.V.Vidadi küçəsi 14 saylı bina
Azadlıq küçəsi 96
Azadlıq küçəsi 107 saylı bina
Ə.Qədirov küçəsi 2 saylı bina
Ə.Qədirov küçəsi 3 saylı bina
Ə.Qədirov küçəsi 4 saylı bina
GOYEZEN.AZ
Geri qayıt
|