Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub

Qazaxda yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub


15-04-2020, 21:31


Qazaxda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər uğurla davam etdirilir. RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət etməklə hər gün dezinfeksiya işləri aparırlar.

Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 81-də yerləşən ikimərtəbəli, 3 bloklu, 12 mənzilli;  83-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli; 127-də yerləşən ikimərtəbəli, 1 bloklu, 11 mənzilli; 150-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli; 158-də yerləşən ikimərtəbəli, 2 bloklu, 8 mənzilli; M.V.Vidadi küçəsi 14-də yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli; N.Gəncəvi küçəsi 3-də yerləşən ikimərtəbəli, 2 bloklu, 12 mənzilli; Bakı küçəsi 1-də yerləşən beşmərtəbəli, 3 bloklu, 36 mənzilli; 2-də yerləşən beşmərtəbəli, 4 bloklu, 30 mənzilli; 2A-da yerləşən birmərtəbəli, 30 mənzilli; Azadlıq küçəsi 107-də yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli; 109-da yerləşən birmərtəbəli, 7 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində həyata keçirilib.

Çoxmənzilli yaşayış binalarının girişləri, blokları, həyətləri GEM-nin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

H.Əliyev prospekti 83 saylı bina


H.Əliyev prospekti 127 saylı bina


H.Əliyev prospekti 150 saylı bina


H.Əliyev prospekti 158 saylı bina


Azadlıq küçəsi 107 saylı bina







 

N.Gəncəvi küçəsi 3 saylı bina



M.V.Vidadi küçəsi 14 saylı bina


GOYEZEN.AZ


Geri qayıt