Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub
Qazaxda
koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində
həyata keçirilən dezinfeksiya işləri RİHB yanında yaradılmış operativ qərargahın
tərtib etdiyi qrafikə uyğun olaraq hər gün davam etdirilir. Həyata keçirilən
işlər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövrü bitənədək şəhər və
rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı
müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. İdarə, müəssisə və
təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, bank və
bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda, marşrut
avtobusları, dayanacaqlar və digər zəruri yerlər, prospekt, küçə və səkilər dezinfeksiya olunur. Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, yaşayış massivlərində
yerləşən çoxmənzilli yaşayış binalarının girişlərində, bloklarında, həyətlərində də mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bu gün Ə.Qədirov
küçəsində yerləşən hər biri ikimərtəbəli, 3 bloklu, 12 mənzilli 2 və 3 saylı,
ikimərtəbəli, 2 bloklu, 8 mənzilli 4 saylı, Ə.Şıxlinski
küçəsində yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli 4 saylı, beşmərtəbəli, 4
bloklu, 50 mənzilli 5 saylı, dördmərtəbəli, 2 bloklu, 24 mənzilli 4A saylı,
həmin ərazidə məcburi köçkünlər üçün tikilmiş dördmərtəbəli, 2 bloklu, 24
mənzilli bina, keçmiş Kənd Təsərrüfatı Texnikumuna məxsus olan beşmərtəbəli, 2
bloklu, 50 mənzilli yataqxana binası, N.Nərimanov küçəsində yerləşən ikimərtəbəli,
1 bloklu, 10 mənzilli 31 saylı, Bakı küçəsində yerləşən ikimərtəbəli, 1 bloklu,
8 mənzilli 33 saylı yaşayış binalarınınblokları, eləcə də Ə.Şıxlinski küçəsində 4 və 5 saylı binaların həyətində olan
xeyir-şər evləri, digər binaların həyətində olan söhbətgahlar və ətraf ərazilər
koronavirus infeksiyasına qarşı ikinci dəfə dezinfeksiya edilib. İstər çoxmənzilli yaşayış
binaları, istərsə də dezinfeksiya edilən ətraf ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları
tərəfindən koronavirus infeksiyasına qarşı suya
xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı
ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı
vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata
uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin
B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10
litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu
əhəng əlavə olunur. Ə.Qədirov küçəsi 2 saylı bina Ə.Qədirov küçəsi 3 saylı bina Ə.Qədirov küçəsi 4 saylı bina Ə.Şıxlinski küçəsi 4 saylı bina Ə.Şıxlinski küçəsi 4A saylı bina Ə.Şıxlinski küçəsi 5 saylı bina Ə.Şıxlinski küçəsində məcburi köçkünlər üçün tikilmiş 24 mənzilli bina Keçmiş Kənd Təsərrüfatı Texnikumuna məxsus yataqxana binası N.Nərimanov küçəsi 31 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş