İcra başçısı “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb
Xəbər verdiyimiz kimi, Qazaxda "Abad məhəllə”
layihəsinin icrasına başlanılıb. İşlərə də ilk olaraq su və
kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsindən start
verilib. 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən
ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidə görülən
işlər sürətlə davam etdirilir. Tam əminliklə deyə bilərik ki, bu layihə
çərçivəsində qısa bir vaxtda Qazax respublikamızın iri şəhər və rayonlarında
olduğu kimi, yeni görkəm alaraq ölkəmizin abad və müasir rayonlarından birinə
çevriləcək. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə
görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, binaların
həyətində bardürlər düzülərək səkilər yaradılıb. Həmişəyaşıl, dekorativ gül
kolları və qazon otu əkilərək park salınması üçün torpaq qatının hazırlanması
başa çatıb. Salınmış parkın suvarılması üçün su xətti də çəkilib. Hazırda isə
həmişəyaşıl gül kolları əkilir. Həmçinin məhəllədə olan köhnə elektrik və
rabitə xətləri səliqəyə salınıb. Gecə işıqlanması üçün əlavə işıq şarları
quraşdırılıb. Küçə boyu məhəllədə olan ağaclar budanaraq səliqəyə salınıb. Ən
sonda isə binaların qarşısına və lazım olan hissələrə asfalt vurulacaq. Bir
sözlə, layihə çərçivəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni
görkəm alaraq "Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olacaq. İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də
yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək
qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə
başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq
hər zaman razılıq hissi ilə qarşılayırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş