Qəbul zamanı müraciət etmiş Ağköynək kənd sakinlərinin məsələsinə yerində baxılıb
Son 3 ildə rayon rəhbərliyi tərəfindən Qazaxda vətəndaş amilinin hər
şeydən üstün tutulmasının nəticəsidir ki, sakinlərin müraciətlərinə operativ şəkildə
baxılır. İstər şəhərdə, istərsə də
kəndlərdə sakinlərlə keçirilən görüşlər, eləcə də qəbullar zamanı səslənən məsələlərə
yerində baxış keçirilməsi, həlli istiqamətində tapşırıqlar verilməsi bu
dediklərimizin bariz nümunəsidir. Bütün bunların təməlində isə ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və
qayğısının Qazaxda da əsas götürülməsi dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
bu gün ümumi qəbul zamanı müraciət etmiş bir qrup Ağköynək kənd sakininin istəyinə
əsasən həmin kənddə olub. Sakinlərin su məsələsi ilə bağlı müraciətlərinə əsasən
yerində baxış keçirən rayon rəhbəri mövcud vəziyyəti onların öz dilindən
öyrənib. Vətəndaşlar kənddə mövcud olan subartezian quyusundan növbəlilik
əsasında istifadə olunması üçün nəzarətçi ayrılmasını xahiş ediblər. Sakinləri
diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını bildirib və
bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verib. Sakinlər onların istəyini nəzərə alaraq görüşə
gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə
qarşılayıb, minnətdarlıqlarını bildiriblər. Ölkə vətəndaşına göstərilən diqqət
və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz
təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş