Vətəndaşların müraciətlərinə yerində baxılıb
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü onların görüşünə gedir.
Rayon rəhbəri bu gün də şəhərin Bakı küçəsi, döngə 1-də yaşayan bir qrup sakinin yazdıqları məktuba əsasən qeyd olunan ünvanda olub. Vətəndaşların müraciətini dinləyib, mövcud vəziyyətlə əlaqədar yerində baxış keçirib.
Sakinlərdən Əntiqə Həsənova, İbrahim Qurbanov, Şəhla Mahmudova, Telman Abdullayev, Sülhəddin Amoyev, Rəfiqə Nəsibova onları narahat edən məsələlər haqqında rayon rəhbərinə məlumat veriblər. Yaşadıqları küçənin işıqlanması, su arxının təmizlənməsi və s. barədə qayğılarını söyləyiblər.
Sakinləri diqqətlə dinləyən İcra Başçısı qaldırılan hər bir məsələnin həlli istiqamətində aidiyyatı təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verib.
Şəhər sakinləri onların müraciətinə dərhal münasibət göstərdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ
Facebook-da paylaş