• Təqvim

  • Maraq

Vətəndaşların müraciətlərinə yerində baxılıb

Vətəndaşların müraciətlərinə yerində baxılıb
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların İcra Aparatına yazdıqları məktublar əsasında şəhərin bir neçə ərazisində olub, sakinlərin müraciətlərini dinləyib, vəziyyətlə yerində tanış olub.

İcra Başçısı Kəmərli kəndində sakinlərlə görüşdən sonra Qazax şəhərinin Ağköynək kəndi ilə bitişik olan hissəsindəki yaşayış massivinə gəlib. Burada yaşayan sakinlərlə görüşən rayon rəhbərliyi mövcud vəziyyəti öyrənib. Məlumat verilib ki, bu ərazidə son 10-12 ildə əhaliyə torpaq sahələri verilib. 50 ailəyə torpaq sahəsi verilməsinə baxmayaraq faktiki olaraq çox az ailə yaşayır. Sakinlərdən Məzahir Budaqov, Şəfiqə Böyükkişiyeva, Musa İsmayılov, Səbinə Murtuzova və başqaları söz alaraq onların məktublarına operativ reaksiya verdiyinə və görüşə gəldiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Yaşadıqları ərazidə işığın normal olduğunu deyərək qaz və su məsələsinin həll edilmədiyini bildiriblər.

Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Sonra İcra Başçısı şəhərin Heydər Əliyev prospekti, 88 ünvanına gəlib. Burada sahibkarlar kanalizasiya ilə bağlı məsələnin həll olunmasını xahiş ediblər. Rayon rəhbərliyi qaldırılan məsələnin həll edilməsini tapşırıb.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Uşaq Poliklinikasının və Qadın Məsləhətxanasının yerləşdiyi binada olub. Qeyd edək ki, İcra Başçısı bu gün Qazax Müalicə Diaqnostika Mərkəzində, Uşaq Xəstəxanasında, Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində və poliklinika şöbəsində olaraq tibb müəssisələrindəki vəziyyətlə yerində tanış olub. İcra Başçısı müalicə olunan xəstələrlə, onların yaxınları ilə söhbətlər aparıb, dərmanlarla necə təmin olunduqlarını öyrənib, müraciətlərini dinləyib.

Uşaq Poliklinikasında və Qadın Məsləhətxanasında olan zaman rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova rayon rəhbərliyinə lazımi məlumatlar verib. Tanışlıqdan sonra rayon rəhbərliyi müvafiq tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Facebook-da paylaş