• Təqvim

  • Unutma

  • Maraq



İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb

İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı, Kosalar, Yuxarı Salahlı, Xanlıqlar kəndlərində aparılan təmir-bərpa işləri ilə tanış olduqdan sonra günün sonunda İcra Aparatına məktubla müraciət edən sakinlərlə görüşüb. Rayon rəhbərliyi bu məqsədlə müraciət edən vətəndaşların yaşadıqları şəhərdəki Bakı küçəsi, döngə 2 ünvanına gəlib. Görüşdə şəhər təsərrüfatını idarə edən aidiyyatı təşkilatların rəhbərləri də iştirak edib.

Sakinlər rayon İcra Hakimimiyyətinin başçısı Rəcəb Babaşovu səmimiyyətlə qarşılayıb və şəhərdə, eləcə də kəndlərdə gördüyü tikinti-quruculuq işlərinə görə öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Rəfiqə Hüseynova, Nüşabə Qurbanova, Fəridə Ağakişiyeva, Mail Muradov, Güllü Abdullayeva, Sevil Osmanova, Almaz İsayeva, İmani Mustafayeva və başqaları söz alaraq qeyd ediblər ki, şəhərimiz gündən-günə daha da gözəlləşir. Amma bizim yaşadığımız təqribən 300 metr uzunluğu olan döngədə hələ də bir sıra çatışmazlıqlar var. Belə ki, yağış yağanda küçəmizdən axan sular evlərə dolur. Kanalizasiya borusu bəzi yerlərdə yararsız hala düşdüyündən çirkab suları kənara axır. Yolumuz bərbad haldadır.

İcra Başçısı sakinləri diqqətlə dinlədikdən sonra küçəni gəzərək çatışmazlıqlarla yerindəcə tanış olub, mövcud vəziyyəti öyrənib. Sakinlərlə, eləcə də aidiyyatı təşkilatların rəhbərləri ilə burada hansı tədbirlərin görülməsini müzakirə edib. Sonra görüləcək işlər barədə göstəriş verib. Sabahdan etibarən küçəyə çınqıl tökülüb hamarlanmasını, kanalizasiya xəttinin təmir olunmasını və yağış sularının qarşısının alınması üçün bir sıra vacib işlərin görülməsini tapşırıb.

Sonda sakinlər yazdıqları məktuba operativ münasibət bildirdiyinə, onlarla görüşə gəldiyinə və çatışmazlığın aradan qaldırılmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL


İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb
İcra Başçısı vətəndaşların müraciətinə yerindəcə baxıb


Facebook-da paylaş