Ağköynək kəndinə içməli su çəkilib
Qarapapaq kəndində isə artezian quyusu qazılacaqdır
Qazax rayonunda problemlərdən biri də əhalinin içməli suya olan təlabatı idi. Ötən son 1 il yarım vaxt ərzində bu problem rayon rəhbərliyinin apardığı məqsədyönlü işlər nəticəsində aradan qaldırılır. Artıq Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli kəndlərinə içməli su çəkilib.
Bir neçə gün bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində olarkən kənd sakini Musayeva Minə Namaz qızı yaşadıqları əraziyə içməli su çəkilməsi barədə müraciət etmişdi. Rayon rəhbərliyi ağbirçək ananın müraciətinə diqqətlə yanaşaraq həmin əraziyə su çəkilməsi barədə tapşırıq vermişdi.
Bu gün aradan cəmi bir neçə gün keçəndən sonra Ağköynək kəndinin qeyd olunan ərazisinə içməli su çəkilib. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin əraziyə gələrək sakinlərin sevincini bölüşüb.
Sakinlərdən Maarif Cəfərov, Famil İsmayılov, Emelya Musayeva, Qəmər Mehtiyeva və başqaları onların yaşadıqları evlərə su çəkilməsinə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinə də ən xoş arzularını çatdırıblar. Beləliklə, Ağköynək kəndində yaşayan daha 25 ailənin su problemi həmişəlik həll olunub.
Sonra Rəcəb Babaşov Qarapapaq kəndində “Rizman” deyilən əraziyə gələrək içməli su çəkilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşlarla görüşüb.
Sakinlərdən Mahal Quliyev, Nazanı Məhərrəmova, Sima Quluyeva, Lumu Musayeva və başqaları uzun illərdən bəri burada yaşayan 25-30 ailənin içməli sudan korluq çəkdiklərini söyləyiblər. Qeyd ediblər ki, Sizə müraciətdən sonra icra aparatının məsul işçiləri bizimlə görüşüb və lazımi tədbirlərin görüləcəyini bildiriblər.
İcra Başçısı sakinləri diqqətlə dinlədikdən sonra qeyd edib ki, Ölkə Başçısının müvafiq sərəncamına əsasən rayonumuzda tezliklə 11 ədəd artezian quyusunun qazılmasına başlanılacaqdır. Həmin quyulardan biri sizin yaşadığınız bu ərazidə qazılacaq və probleminiz öz həllini tapacaqdır.
Sakinlər onların müraciətinə belə operativ reaksiya verdiyinə və onlarla görüşə gəldiyinə görə Ölkə Başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL
Facebook-da paylaş