Alpout kəndinə içməli su çəkilib
Su çəkmək lap qədim zamanlardan ən savab iş, ən xeyirxah əməl sayılıb. Fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməli özünün gündəlik işinə çevirən
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu sahədə yaddaqalan xeyli işlər görüb. Artıq rayonumuzun Ürkməzli, Qazaxbəyli, Aslanbəyli kəndlərində uzun illərdən bəri mövcud olan su problemi aradan qaldırılıb. Alpout kəndində yeni istifadəyə verilən bulaq da artıq ənənə halını almış bu xeyirxah əməlin daha bir bariz nümunəsidir.
Alpout kəndinə içməli su çəkilməsi kənd camaatının yaddaşında hələ uzun illər yaşayacaqdır. 700 m-ə yaxın bir məsafədən çəkilmiş bu yeni bulaqdan göz yaşı kimi dumduru su axır. Bununla da kəndin su problemi rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində demək olar ki, aradan qalxıb.
Bununla əlaqədar yeni çəkilən bulağın yanında tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun iştirak etdiyi tədbirdə kənd sakinlərindən Gözəl Həsənova, İnayət Məmmədov, Əsəd Qurbanov, Əhəd Vəliyev, İsrayıl Osmanov, ağsaqqallardan Vaqif Nəsibov və Mustafa Qocayev çıxış edərək bildiriblər ki, kəndə təxminən 1918-ci ildə su çəkilib.
Kəndin baş hissəsində çəkilən həmin bulaqdan istifadə etmək çətin idi. Kənd camaatını su ilə təmin etməkdə həmişə problem yaşanırdı. Bu gün isə kənddə bu problem birdəfəlik aradan qalxıb. 80 ailə bu sudan istifadə edəcəkdir ki, bu da demək olar ki, kəndin yarıdan çoxu deməkdir.
Bizə yaradılan bu şəraitə, göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarılığımızı bildiririk.
Beləliklə, Alpout kəndində əhalinin su həsrətinə son qoyulub. 100 ildən sonra...

Facebook-da paylaş